Yuxarı

Putin: "Rusiya hərbi ixracının həcmi 15 milyard dolları ötüb"

Putin: "Rusiya hərbi ixracının həcmi 15 milyard dolları ötüb"
Rusiya dünyada hərbi ixrac həcmi üzrə ikinci yeri əminliklə özündə saxlayır

Bakı. 23 mart. REPORT.AZ/ 2016-cı ildə Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb.

"Report" xəbər verir ki, bu barədə xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında Rusiya prezidenti Vladimir Putin məlumat verib.

"Ötən ilin yekunu üzrə Rusiya dünyada hərbi ixrac həcmi üzrə ikinci yeri əminliklə özündə saxlayır: ötən il o, 15 milyard dolları ötüb", - deyə Kremlin mətbuat xidməti prezidentin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, 2015-ci ildə hərbi ixrac həcmi 14,5 mlrd. təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi