Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiyanın hərbi döyüş gəmiləri
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - prezident bildirib.
"Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - Şoyqu Putinlə görüşdə bildirib.