Putin: "Rusiya başqa ölkələrdəki daxili siyasi proseslərə qarışmır"

Putin: "Rusiya başqa ölkələrdəki daxili siyasi proseslərə qarışmır" "Bu, bizim iş prinsiplərimizdən biridir"
Region
13 İyun , 2017 04:06
Putin: Rusiya başqa ölkələrdəki daxili siyasi proseslərə qarışmır

Bakı. 13 iyun. REPORT.AZ/ Rusiya bir çox tərəfdaşlarından fərqli olaraq heç vaxt digər ölkələrdəki daxili siyasi proseslərə qarışmır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

"Biz bir çox tərəfdaşlarımızdan fərqli olaraq heç vaxt digər ölkələrin daxili siyasi proseslərinə qarışmırıq. Bu, bizim iş prinsiplərimizdən biridir", - deyə Putin "Showtime" telekanalının bazar ertəsi yayımladığı filmdən bir hissədə bildirib.

Son xəbərlər

Orphus sistemi