Yuxarı

​Putin: "Qızlarım Rusiyadadır, daimi yaşamaq üçün heç yerə getməyiblər"

Rusiya prezidenti ailə məsələlərini müzakirə etmədiyini vurğulayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Qızlarım Rusiyadadır və daimi yaşamaq üçün heç yerə getməyiblər".

"Report"un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin illik 11-ci mətbuat konfransında bildirib.

O, qızlarından birinin Moskva Dövlət Universiteti yanında Fondda çalışdığını etiraf edib: "Onların hər ikisi yetkin insanlardır və həyatlarını qurmaq haqları var. Onlar daimi yaşamaq üçün Rusyadan xaricə getməyib. Rusiyada oxuyublar".

Rusiya prezidenti ailə məsələlərini müzakirə etmədiyini vurğulayaraq, qızlarının üç dildə sərbəst danışdıqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi