Putin: "Poroşenko Donbası Rusiyanın tərkibinə daxil etmək təklifini irəli sürməyib"

Putin: "Poroşenko Donbası Rusiyanın tərkibinə daxil etmək təklifini irəli sürməyib" Rusiya prezidenti "birbaşa xətt" zamanı belə bir şeyin baş vermədiyini bildirib
Region
16 Aprel , 2015 17:01
Putin: Poroşenko Donbası Rusiyanın tərkibinə daxil etmək təklifini irəli sürməyib

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı Donbası Rusiyanın tərkibinə daxil etmək təklifi haqqında məlumatı təkzib edib. "Report" xəbər verir ki, Rusiya prezidenti "birbaşa xətt" zamanı belə bir şeyin baş vermədiyini bildirib. 

Bir müddət əvvəl KİV-də belə məlumatlar yayılıb ki, RSSİ idarə heyəti bürosu ilə qapalı görüş zamanı Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidentinin Minskdə keçirilən "Normand dördlüyü" danışıqlarında ona Donbasın Rusiyanın tərkibinə daxil olunmasını təklif etdiyini bildirib. 

P.Poroşenko da bu məlumatı təkzib edib. 

Son xəbərlər

Orphus sistemi