Putin növbəti prezidentlik müddəti ilə bağlı sualı cavablandırıb

Putin növbəti prezidentlik müddəti ilə bağlı sualı cavablandırıb "Konstitusiyada aydın şəkildə yazılıb ki, ardıcıl iki müddətdən artıq olmaz"
Region
26 May , 2018 00:08
Putin növbəti prezidentlik müddəti ilə bağlı sualı cavablandırıb

Bakı. 26 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Konstitusiyasının müddəalarına qətiyyətlə riayət edir ki, bu da iki dəfə ardıcıl müddətdə prezidentliyə seçilmək imkanı vermir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, beynəlxalq informasiya agentliklərinin rəhbərləri və baş redaktorları ilə görüşü zamanı deyib.

"Mən həmişə Rusiya Konstitusiyasına qətiyyətlə riayət etmişəm və edirəm. Konstitusiyada aydın şəkildə yazılıb: ardıcıl iki müddətdən artıq olmaz. Və indi məndə ikinci müddətdir. Əgər xatırlayırsınızsa, mən bunadək iki dəfə prezident olmuşam, sonra isə prezident postunu tərk etdim, çünki Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir. Bu qədər. Və mən gələcəkdə də bu qaydalara riayət etmək niyyətindəyəm", — deyə Putin əlavə edib.

Son xəbərlər

Orphus sistemi