Yuxarı

Putin: "Boris Nemtsovun həyasızcasına qətlə yetirilməsinin şahidi olduq"

O, belə utandırıcı əməllərin qarşısının alınmasının vacib olduğunu söyləyib

Bakı. 4 mart. REPORT.AZ/ "Boris Nemtsovun qətlinə oxşar faciələrdən yaxa qurtarmaq lazımdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında deyib.

O bu qətli "həyasızlıq" adlandıraraq, belə utandırıcı əməllərin qarşısının alınmasının vacib olduğunu söyləyib.

"Paytaxtın mərkəzində Boris Nemtsovun həyasızcasına qətlə yetirilməsinin şahidi olduq. Ona görə də Rusiya buna oxşar faciələrdən canını qurtarmalıdır", - V.Putin vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi