​Putin NATO-nun Rumıniyadakı yeni bazası ilə bağlı açıqlama verib

​Putin NATO-nun Rumıniyadakı yeni bazası ilə bağlı açıqlama verib NATO-nun baş katibi: "Yeni Raket Əleyhinə Müdafiə Sistemi bazasının Rusiya ilə heç bir əlaqəsi yoxdur"
Region
13 May , 2016 21:09
​Putin NATO-nun Rumıniyadakı yeni bazası ilə bağlı açıqlama verib

Bakı. 13 may. REPORT.AZ/ NATO-nun Rumıniyada Raket Əleyhinə Müdafiə Sisteminin (RƏMS) fəaliyyətə başlaması Rusiya ətrafında beynəlxalq vəziyyəti mürəkkəbləşdirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbi rəhbərliklə görüşdə NATO-nun Rumıniya ərazisində istifadəyə veriləcək yeni Raket Əleyhinə Müdafiə Sistemi bazasının fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, mayın 12-dən Rumıniyanın cənubunda yerləşən Deveselu şəhərində ABŞ-ın "Aegis Ashore" Raket Əleyhinə Müdafiə Sistemi istifadəyə verilib.

NATO-nun baş katibi Yens Stoltenberq Buxarestdə Rumıniya prezidenti Klaus Yoahannislə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında demişdi ki, NATO-nun Rumıniya ərazisində istifadəyə veriləcək yeni Raket Əleyhinə Müdafiə Sistemi bazasının Rusiya ilə heç bir əlaqəsi yoxdur və bu ölkəyə qarşı yönəlməyib.

Son xəbərlər

Orphus sistemi