Putin: "Moskva, Minsk və Astananın valyuta ittifaqı haqqında danışmağın vaxtı çatıb"

Putin: "Moskva, Minsk və Astananın valyuta ittifaqı haqqında danışmağın vaxtı çatıb" Rusiya, Belarus və Qazaxıstan liderlərinin üçtərəfli görüşü keçirilib
Region
20 Mart , 2015 15:52
Putin: Moskva, Minsk və Astananın valyuta ittifaqı haqqında danışmağın vaxtı çatıb

Bakı. 20 mart. REPORT.AZ/ Rusiya, Belarus və Qazaxıstan arasında valyuta ittifaqının yaradılması haqqında danışmağın vaxtı çatıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. 

"Düşünürük ki, valyuta ittifaqının yaradılması ehtimalı haqqında danışmağın vaxtı çatıb", - V.Putin Qazaxıstan və Belarus liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına görə qeyd edib. O əlavə edib ki, görüşdə Avrasiya inteqrasiya məsələləri müzakirə olunub. 

Onun sözlərinə görə, əlbirliyi ilə işləyərkən xarici maliyyə, iqtisadi təhlükələrə cavab vermək, birgə bazarı qorumaq daha asandır.   

Son xəbərlər

Orphus sistemi