​Putin: "İslam Rusiya həyat tərzinin ayrılmaz hissəsidir"

​Putin: "İslam Rusiya həyat tərzinin ayrılmaz hissəsidir" "Rusiyada əsrlər boyu tərəqqipərvər islam ənənələri inkişaf edib"
Region
23 Sentyabr , 2015 15:59
​Putin: İslam Rusiya həyat tərzinin ayrılmaz hissəsidir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Moskva "Cümə" məscidi Avropanın ən böyük məscidi oldu və o, çoxmillətli ölkənin paytaxtına layiqdir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Moskvada məscidin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Rusiyada əsrlər boyu tərəqqipərvər islam ənənələri inkişaf edib: "Bu gün İslam ölkəmizin həyat tərzinin ayrılmaz hissəsidir".

Putin Rusiyada sülh və əminamanlığın təşviqində dini liderlərin rolunu və onların dini ekstremizmə qarşı mübarizəsini də qeyd edib: "Hazırda İslamı təhrif edən İŞİD silahlı qruplaşması Rusiyada öz sıralarına tərəfdaşlar cəlb etməyə çalışdığı bir şəraitdə İslam fundamentalizminə qarşı mübarizə xüsusi önəm daşıyır". 

Son xəbərlər

Orphus sistemi