Yuxarı

Putin İslam Kərimovun məzarına gül dəstəsı qoyub

Onu Özbəkistanın baş naziri Şavkat Mirziyoyev müşayiət edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarına qırmızı qızıgüllərdən hazırlanmış buket qoyub.

"Report" TASS-a istinadən xəbər verir ki, Vladimir Putin bu gün Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.

İslam Kərimovun məzarının ziyarəti zamanı Rusiya prezidentini Özbəkistanın baş naziri Şavkat Mirziyoyev müşayiət edib.

Qeyd edək ki, İslam Kərimov sentyabrın 3-də Səmərqənddə tarixi Şahe-Zinde qəbristanlığında, Həzrəti-Xızır məscidinin yaxınlığında torpağa tapşırılıb. Onun valideynləri də bu qəbristanlıqda dəfn olunublar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi