Yuxarı

Putin "İslam Dövləti" terrorçularından Rusiya üçün birbaşa təhlükə görmür

Prezident Rusiya və MDB ölkələri vətəndaşlarının ora cəlb olunmasından narahatdır

Bakı. 16 aprel. REPORT.AZ/ "İslam Dövləti" terrorçuları Rusiya üçün bilavasitə təhlükə yaratmır. "Report" xəbər verir ki, bu barədə bu gün Rusiya prezidenti Vladimir Putin bildirib. 

O qeyd edib ki, Rusiya vətəndaşlarının bu qruplaşmaya cəlb olunması müəyyən narahatlıq doğurur: "Bizim vətəndaşlarımızın ora getməsi, müəyyən hazırlıq keçməsi və daha sonra geri qayıtması narahatlıq doğurur. MDB ölkələrinin vətəndaşları da orada hazırlıq keçib, sonra bizim ölkəmizə gələ bilərlər. Biz bunları nəzərə alırıq və müvafiq tədbirlər görürük", - Putin deyib. 

O əlavə edib ki, RF xüsusi xidmət orqanları İŞİD-ə cəlb olunan ölkə vətəndaşlarının sayı və onların təlim keçdiyi ərazilər haqqında təxmini məlumatlara malikdir.

Prezident qeyd edib ki, Rusiya xususi xidmət orqanları MDB ölkələri xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək bu istiqamətdə iş görür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi