Putin Ermənistanın Avrasiya İttifaqına daxil olması haqqında hökumətin müqavilə imzalamaq təklifilə razılaşıb

Putin Ermənistanın Avrasiya İttifaqına daxil olması haqqında hökumətin müqavilə imzalamaq təklifilə razılaşıb Putin həmin müqavilənin imzalanmasını məqsədəuyğun hesab edib
Region
2 Sentyabr , 2014 14:17
Putin Ermənistanın Avrasiya İttifaqına daxil olması haqqında hökumətin müqavilə imzalamaq təklifilə razılaşıb
Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması haqqında müqavilənin imzalanmasına razılıq verib. Bu barədə Report RİA Novosti-yə istinadən xəbər verib. 

"Dövlət başçıları səviyyəsində Ali Avrasiya İqtisadi Şurasında hazırkı sərəncamla nəzərdə tutulan müqavilənin imzalanması məqsədəuyğun hesab olunub" - deyə, hüquq informasiya rəsmi portalında dərc olunmuş məlumatda deyilir. 

Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarus may ayının 29-da Astana şəhərində Avrasiya İqtisadi İttifaqı ilə bağlı müqavilə imzalayıblar. Həmin müqavilə 2015-ci il yanvar ayının 1-dən qüvvəyə minir. Ermənistanın baş naziri Ovik Abramyan iyul ayının 10-da bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması haqqında müqavilə oktyabr ayının sonunadək imzalanacaq.   

Son xəbərlər

Orphus sistemi