Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması haqqında sazişi ratifikasiya edib

Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması haqqında sazişi ratifikasiya edib Saziş 2016-ci ilin iyununda Dövlət Dumasına təqdim edilib
Region
27 İyul , 2017 00:12
Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması haqqında sazişi ratifikasiya edib

Bakı. 27 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

"Report" xəbər verir ki, bu barədə hüquqi informasiya rəsmi internet portalında dərc edilmiş sənəddə deyilir.

2016-ci ilin iyun ayında Dövlət Dumasına Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşması haqqında saziş daxil edilib.

2016-ci ilin noyabrında Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Vigen Sarkisyan ölkələr arasında qoşunların birləşmiş qruplaşması ilə bağlı sazişi imzalanıb.

Son xəbərlər

Orphus sistemi