Putin Ərdoğanla danışıqları məzmunlu və konstruktiv adlandırıb

Putin Ərdoğanla danışıqları məzmunlu və konstruktiv adlandırıb Bakı. 17 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə məzmunlu və konstruktiv danışıqlar apardıq.
Region
17 Sentyabr , 2018 22:31
Putin Ərdoğanla danışıqları məzmunlu və konstruktiv adlandırıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə məzmunlu və konstruktiv danışıqlar apardıq".

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə Soçidə keçirilən görüşdən sonra deyib.

"Yenicə cənab prezidentlə məzmunlu və konstruktiv danışıqlar apardıq. Bu, bildiyiniz kimi bizim cari ildə artıq dördüncü görüşümüzdür, hardasa 10 gün əvvəl biz birlikdə Tehranda Suriya nizamlanmasına həsr olunmuş Rusiya-Türkiyə-İran sammitində iştirak etmişdik", - deyə Putin bildirib.

Son xəbərlər

Orphus sistemi