Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək

Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani cümə axşamı Soçidə Suriya probleminin nizamlanması üzrə növbəti üçtərəfli sammiti keçirəcəklər.
Region
14 Fevral , 2019 06:44
Putin, Ərdoğan və Ruhani Soçidə Suriya problemini müzakirə edəcək

Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib ƏrdoğanHəsən Ruhani cümə axşamı Soçidə Suriya probleminin nizamlanması üzrə növbəti üçtərəfli sammiti keçirəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Danışıqlar zamanı Suriya Ərəb Respublikasındakı vəziyyətin uzun müddət normallaşdırılması məqsədi ilə gələcəkdə birgə addımların atılmasının nəzərdən keçirilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.

Liderlər sammit çərçivəsində həmçinin öz aralarında ikitərəfli görüşlər də keçirəcəklər.

Gözlənildiyinə görə, danışıqların əsas mövzuları arasında Suriya konstitusiya komitəsinin formalaşdırılması, İdlibdə və Suriyanın şimal-şərqindəki kürd ərazilərində vəziyyət, həmçinin Amerika qoşunlarının ərəb respublikasından çıxarılmasının planlaşdırılması və digər problemlər var.

Son xəbərlər

Orphus sistemi