Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstanda "Taliban" hərəkatı ilə qarşıdurmaya girən İŞİD terror təşkilatının təzahür etməsi ilə ölkədə vəziyyət pisləşib.
“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclis rəhbərliyi ilə görüş zamanı bildirib.
"Həqiqətən, o (Əfqanıstanda vəziyyət. - Report) pisləşib, bu doğrudur…əgər orada Birləşmiş Ştatlar olmasaydı, daha da pis olardı", - deyə Putin Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin ABŞ koalisiyasının Əfqanıstanda olduğu müddətcə oradan gələn terror təhlükəsinin artması ilə bağlı sözlərini şərh edərkən bildirib.
O qeyd edib ki, Əfqanıstan, Tacikistan və Özbəkistan arasında sərhəd boyunca "artıq əməli olaraq "Taliban" durur, onun İŞİD ilə qarşıdurması isə vəziyyəti daha da pisləşdirir".