Yuxarı
    Bağlamaq

    Putin: "Biz Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcəyik"

    Siz baxın, Vaşinqton necəsə xilafətə çevrilməsin© TASS

    Bakı. 15 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində bildirib ki, Moskva Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcək.

    "Report" xəbər verir ki, prezidentin bu sözləri "Showtime" telekanalında nümayiş etdirilən sənədli filmdə sitat gətirilib.

    "Bilirsiniz, heç bir dünyəvi din pislik mənbəyi ola bilməz. İslamda da bir çox istiqamətlər, cərəyanlar var. Burada əsas şiələr və sünnilərdir. Doğrudan da, biz görürük ki, onların arasında dərin ziddiyyətlər var. Düşünürəm ki, bu, hər halda nə vaxtsa aradan qaldırılmalıdır", - deyə Putin bildirib.

    Stoun Putindən soruşub: "Bəs Moskva xilafət olacaq?"

    "Buna biz heç cürə yol vermərik. Siz baxın, Vaşinqton necəsə xilafətə çevrilməsin", - deyə prezident bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi