Putin: "Avropa ətrafında münaqişə heç kimə lazım deyil"

Putin: "Avropa ətrafında münaqişə heç kimə lazım deyil" Rusiya prezidenti Minsk razılaşmasının icra olunacağına ümid edir
Region
23 Fevral , 2015 23:45
Putin: Avropa ətrafında münaqişə heç kimə lazım deyil

Bakı. 23 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Minsk razılaşmasının icra olunacağına ümid bəsləyir və o, əmindir ki, Ukraynanın şərqindəki vəziyyətin normallaşması üçün düzgün yol budur.

"Report" xəbər verir ki, bu barədə o, bazar ertəsi "Rossiya-24" telekanalının efirində yayımlanan müsahibəsi zamanı bildirib.

"Mən bu (razılaşma)nın yerinə yetiriləcəyinə ümid edirəm. Və əgər bu yerinə yetirilərsə, ölkənin bu regionunda vəziyyətin normallaşması üçün gedilən ən düzgün yol olacaq", - deyə Rusiya lideri qeyd edib.

Prezidentin sözlərinə görə, Avropa ölkələri də Ukraynadakı vəziyyətin normallaşmasında maraqlıdırlar.

"Avropa Minsk sazişlərinin icra olunmasında Rusiyadan heç də az maraqlı deyil", -deyə Putin əlavə edib.

"Avropa periferiyasında münaqişə heç kimə lazım deyil", - deyə o aydınlıq gətirib.

Son xəbərlər

Orphus sistemi