Yuxarı

Vladimir Putin aviaşirkətlərə Gürcüstana sərnişin daşımalarını qadağan edib

​Putin aviaşirkətlərə Gürcüstana sərnişin daşımalarını qadağan edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti qadağan edilir.

"2019-cu ilin 8 iyulundan Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasının ərazisindən Gürcüstan ərazisinə sərnişin (həmçinin ticarət) daşımalarını həyata keçirmək qadağan edilir", - deyə sənəddə bildirilir.

Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.

Vladimir Putin sərnişin daşınmalarının dayandırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinə Gürcüstanda olan ölkə vətəndaşlarının Rusiya Federasiyasına qayıdışına kömək etməyi tapşırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi