Yuxarı

Putin Argentinada Trampın əvəzinə Türkiyə prezidenti ilə görüşə bilər

Putin Argentinada Trampın əvəzinə Türkiyə prezidenti ilə görüşə bilər

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın G20 sahələrində rusiyalı həmkarı ilə görüşdən imtina etməsindən sonra boşalan vaxt ərzində görüşə bilərlər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Bizim Trampın imtinasından sonra boş qalan vaxt ərzində Ərdoğanla görüşmək barədə razılığımız var", — deyə mənbə bildirib.

Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi