Putin: "Amerikanın RƏM sistemi ABŞ ərazisini tam qorumur"

Putin: "Amerikanın RƏM sistemi ABŞ ərazisini tam qorumur" Rusiya lideri bunu rejissor Oliver Stouna müsahibəsində deyib
Region
7 İyun , 2017 06:44
Putin: Amerikanın RƏM sistemi ABŞ ərazisini tam qorumur
TASS

Bakı. 7 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin güman edir ki, Amerikanın raket əleyhinə müdafiə sistemi (RƏM) ABŞ ərazisini tam qorumur.

"Report" TASS-a istinadən xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Rusiya lideri bu fikri rejissor Oliver Stouna müsahibəsində bildirib.

"Bloomberg" agentliyinin jurnalistləri Stounun Putinlə silsilə söhbətləri əsasında hazırlanmış sənədli filmin fraqmentləri ilə tanış olublar.

"Bu gün müdafiə qalxanı Birləşmiş Ştatların ərazisini müdafiə edə bilməzdi məncə", - deyə agentlik Putinin sözlərini sitat gətirib.

Film tam olaraq 12-15 iyun tarixlərində Amerikanın "Showtime" kabel kanalında yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi