Putin 2018-ci ildə maaşının azaldılması barədə fərman imzalayıb

Putin 2018-ci ildə maaşının azaldılması barədə fərman imzalayıb Qanuna uyğun olaraq, dövlət başçısının, baş nazirin, onun müavinlərinin və nazirlərin əmək haqqı 10% azaldılıb
Region
19 Oktyabr , 2017 16:29
Putin 2018-ci ildə maaşının azaldılması barədə fərman imzalayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın müddətini daha bir il uzadıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, qanuna uyğun olaraq, dövlət başçısının, baş nazirin, onun müavinlərinin və nazirlərin, eləcə də baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin əmək haqqı 10% azaldılıb.

Sənədə əsasən, yüksək vəzifəli rəsmilərin əmək haqlarının azaldılması barədə sərəncamın qüvvədə olma müddəti 2018-ci il dekabrın 31-dək uzadılıb.

Eyni zamanda Prezident Administrasiyası, Hesablama Palatası və hökumət aparatının bir sıra əməkdaşlarının məmur maaşlarının 10% azaldılması barədə normanın qüvvədə olma müddəti artırılıb.

Son xəbərlər

Orphus sistemi