Prezidentin sözçüsü: “Rusiya hərbçilərinin Türkiyədə yerləşdirilməsindən söhbət gedə bilməz”

Prezidentin sözçüsü: “Rusiya hərbçilərinin Türkiyədə yerləşdirilməsindən söhbət gedə bilməz” İbarhim Kalın: “Bunu Rusiya hərbçilərinin Türkiyə ərazisində dislokasiya olunması kimi dəyərləndirmək düzgün deyil”
Region
4 Yanvar , 2018 15:53
Prezidentin sözçüsü: “Rusiya hərbçilərinin Türkiyədə yerləşdirilməsindən söhbət gedə bilməz”

Bakı. 4 yanvar. REPORT.AZ/ “Bunu Rusiya hərbçilərinin Türkiyə ərazisində dislokasiya olunması kimi dəyərləndirmək düzgün deyil”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “S-400” zenit-raket kompleksi ilə birlikdə Türkiyəyə Rusiya hərbçiləri də gələcəkmi” sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, Türkiyədə Rusiya hərbçilərinin yerləşdirilməsindən söhbət gedə bilməz: “Ancaq texniki əməkdaşlıqla bağlı məlumat əldə etməyə ehtiyac olacaq. ABŞ-da bildirdilər ki, “Patriot” sata bilərlər, amma texnologiya ilə əlaqədar paylaşım etməyəcəklər. Əgər həmin “Patriot”larla bağlı müzakirələr bitsəydi, onda biz həmin hərbi texnikadan istifadə edərdik. Bu çərçivədə Fransa və İtaliya konsorsiumu ilə “Eurosan”a dair müqavilə imzalamışıq”. 

İ.Kalın bildirib ki, “S-400”-lərin alınmasını Ankaranın Moskvaya yaxınlaşması kimi qiymətləndirmək də qəbuledilməzdir: “Türkiyənin yalnız bir ittifaq bölgəsi ilə (NATO-nu nəzərdə tutur - “Report”) anlaşma imzalamasını və əməkdaşlıq etməsini gözləmək də düz olmazdı”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması ilə bağlı müqavilə ötən ilin dekabr ayının 29-da imzalanıb. Müqavilənin dəyəri 2,5 milyard dollardır. 

Son xəbərlər

Orphus sistemi