​Poroşenko Ukraynanın Ermənistandakı səfirini vəzifəsindən kənarlaşdırıb

​Poroşenko Ukraynanın Ermənistandakı səfirini vəzifəsindən kənarlaşdırıb "Kuxta İvan Petroviç vəzifəsindən azad edilsin"
Region
14 İyul , 2015 02:37
​Poroşenko Ukraynanın Ermənistandakı səfirini vəzifəsindən kənarlaşdırıb

Bakı. 14 İyul. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Ermənistandakı səlahiyyətli səfiri İvan Kuxtanı vəzifəsindən kənarlaşdırıb.

"Report" xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.

"Kuxta İvan Petroviç Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", — deyə məlumatda bildirilir.

Bundan əlavə, Poroşenko Yuri Baydakı Ukrayna Hərbi Hava Qüvvələri baş komandanı vəzifəsindən azad edib. O, həmçinin ölkənin Belarusdakı səfiri Mixail Yejeli tutduğu vəzifədən uzaqlaşdırıb.

Son xəbərlər

Orphus sistemi