Poroşenko: "Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsi var"

Poroşenko: "Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsi var" Onlar 700-dən çox tank və 1,2 min zirehli maşına malikdirlər
Region
21 Sentyabr , 2016 23:57
Poroşenko: Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsi var

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsinin olduğunu bəyan edib.

"Report" xəbər verir ki, o bu barədə BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı çıxışında məlumat verib.

"Donbasda qanunsuz hərbi birləşmələrin təqribən 38 min nümayəndəsi var və onların böyük hissəsi Rusiyadan olan muzdurlardır", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu şişirdilmiş rəqəm deyil, çünki onların ixtiyarında 700-dən çox tank, 1200 min zirehli maşın, mindən çox artilleriya sistemi və 300-dən artıq səyyar formatlı raket buraxılış sistemi var.

Son xəbərlər

Orphus sistemi