Poroşenko Aİ-ni Şərq Tərəfdaşlığı ölkələrinə Avropa perspektivlərini daha dəqiq təqdim etməyə çağırıb

Poroşenko Aİ-ni Şərq Tərəfdaşlığı ölkələrinə Avropa perspektivlərini daha dəqiq təqdim etməyə çağırıb Ukrayna prezidenti və Donald Tusk Şərq Tərəfdaşlığı sammitinə hazırlığı müzakirə edib
Region
14 May , 2015 17:51
Poroşenko Aİ-ni Şərq Tərəfdaşlığı ölkələrinə Avropa perspektivlərini daha dəqiq təqdim etməyə çağırıb

Bakı. 14 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko və Avropa Şurasının prezidenti Donald Tusk Aaxendə keçirilən görüşdə Riqadakı Şərq Tərəfdaşlığı sammitinə hazırlığı və Donbassdakı vəziyyəti müzakirə edib. 

"Report" Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, P.Poroşenko Ukraynanın sülh yolu ilə tənzimlənmə və Minsk müqavilələrinin yerinə yetirilməsi məsələlərində Avropa İttifaqı və ABŞ arasında hərəkətlərin daha böyük koordinasiyasına ehtiyac duyur.

Pyotr Poroşenko və Donald Tusk vizasız rejimin tətbiq edilməsi üzrə fəaliyyət planına dair Ukraynanın öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini müzakirə ediblər. 

P.Poroşenko qeyd edib ki, Ukrayna Riqadakı Şərq Tərəfdaşlığı sammitində onun avrointeqrasiya yolunda hərəkətlərinə müsbət qiymət veriləcəyinə və Ukrayna vətəndaşları üçün vizasız rejim perspektivlərinin açılmasına ümid edir.

Ukrayna prezidenti Aİ-ni Şərq Tərəfdaşlığı ölkələrinə Avropa perspektivlərini daha dəqiq təqdim etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi