Yuxarı

Polşa XİN başçısı Ankaraya səfər edəcək

Vitold Vaşikovski türkiyəli və rumıniyalı həmkarları - Mövlud Çavuşoğlu və Lazer Komenesku ilə görüşəcək

Bakı. 23 avqust. REPORT.AZ/ Polşanın xarici işlər naziri Vitold Vaşikovski Türkiyəyə səfər edəcək. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, səfərin məqsədi Ankaranın Avropa İttifaqı və NATO, eləcə də Rusiya ilə münasibətlərini necə inkişaf etdirmək niyyətində olmasını aydınlaşdırmaqdır.

V.Vaşikovski avqustun sonunda Ankaraya gedəcək. O, türkiyəli və rumıniyalı həmkarları - Mövlud Çavuşoğlu və Lazer Komenesku ilə görüşəcək.

XİN başçısı yerli radiostansiyaların birinə verdiyi açıqlamada Polşa - Rumıniya - Türkiyə üçlüyünü "Şərq üçlüyü" adlandıraraq, Varşavadakı ilk görüşdən sonra toplantını bu dəfə Ankaraya salmalarını belə izah edib: "Əslində plan üzrə görüş Buxarestdə olmalı idi. Amma Ankaradakı, İstanbuldakı olaylara görə, toplantının yerini dəyişmək qərarına gəldik. Türkiyə hökumət rəsmiləri ilə vəziyyəti yerindəcə müzakirə və müşahidə etmək zəruri idi. Biz Türkiyənin NATO-da bundan sonra necə fəaliyyət göstərəcəyini, Varşavada keçirilmiş NATO sammitinin qərarlarının nə dərəcədə həyata keçirildiyini, hazırda yeni müstəviyə çıxan Rusiya ilə əlaqələrin durumunu öyrənməliyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi