Yuxarı

Polad Bülbüloğlu yenidən MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun İdarə Heyətinin sədri seçilib

İclas iştirakçıları Ermənistan prezident aparatının rəhbəri Viqen Sarqsyanı Hümantiar Əməkdaşlıq üzrə Şuranın sədri seçiblər

Bakı. 28 oktyabr. REPORT.AZ/ MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun (DHƏF) qərargahında keçirilən Humanitar Əməkdaşlıq üzrə Şuranın və DHƏF İdarə Heyətinin birgə iclası zamanı Azərbaycan və Ermənistan nümayəndələri MDB humanitar əməkdaşlığa rəhbərlik ediblər. "Report" DHƏF rəsmi saytına istinadən xəbər verir ki, iclas iştirakçıları Ermənistan prezident aparatının rəhbəri Viqen Sarqsyanı Hümantiar Əməkdaşlıq üzrə Şuranın (HƏŞ) sədri seçiblər və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun  MDB üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun İdarə Heyətinin sədri qismində səlahiyyətlərini daha iki il müddətinə uzadıblar.

MDB ölkələrinin Hümantiar Əməkdaşlıq üzrə Şurası 2006-cı ildə yaradılıb. Onun tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna nümayəndələri daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi