​PKK yaraqlıları Türkiyənin cənubunda iki polisi güllələyib

​PKK yaraqlıları Türkiyənin cənubunda iki polisi güllələyib Ölkədə qadağan olunan PKK qruplaşmasının yaraqlıları polis idarəsi binasını atəşə tutması nəticəsində iki polis əməkdaşı həlak olub
Region
31 İyul , 2015 11:38
​PKK yaraqlıları Türkiyənin cənubunda iki polisi güllələyib

Bakı. 31 İyul. REPORT.AZ/ Cümə günü Türkiyənin cənubundakı Adana vilayətində PKK  yaraqlılarının hücumu nəticəsində iki polis zabiti öldürülüb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, ölkədə qadağan olunan PKK qruplaşması yaraqlıları polis idarəsi binasını atəşə tutması nəticəsində iki polis əməkdaşı həlak olub.

Polisə hücum edən qanunsuz qruplaşmanın iki üzvü sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi