Yuxarı
    Bağlamaq

    PKK üzvləri Türkiyənin cənub-şərqində partlayış törədib, 17 hərbçi xəsarət alıb

    Onlardan dördünün vəziyyəti ağırdır

    Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqində Hakkari vilayətində PKK üzvləri tərəfindən yolda quraşdırılmış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 17 hərbçi yaralanıb.

    Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

    "Hərbi nəqliyyat vasitələrinin yolla hərəkəti zamanı terrorçu PKK üzvləri Hakkari vilayətinin Yüksekova rayonunun Esendərə kəndi yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salıb. Nəticədə 17 hərbçi yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlərin neytrallaşdırılması istiqamətində əməliyyat davam etdirilir", - Türkiyə baş qərargahının məlumatında deyilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi