Bakı. 1 avqust. REPORT.AZ/ PKK terror təşkilatının üzvləri Türkiyənin şərqində sərnişin avtobusunu saxlayaraq 70-ə yaxın insanı girov götürüb.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Qars-Ərzurum-Iğdır yolunu bomba partladaraq bağlayan terrorçular 1 avtobus və 3 yük maşınını yandırıblar.
İki saata yaxın girov qalan sərnişinləri daha sonra azad edən terrorçular hadisə yerindən qaçıblar.
PKK üzvlərinin axtarışı hərbçilər tərəfindən davam etdirilir.