PKK üzvləri Türkiyədə 70-ə yaxın sərnişini girov götürüb

PKK üzvləri Türkiyədə 70-ə yaxın sərnişini girov götürüb PKK üzvlərinin axtarışı hərbçilər tərəfindən davam etdirilir
Region
1 Avqust , 2015 02:22
PKK üzvləri Türkiyədə 70-ə yaxın sərnişini girov götürüb

Bakı. 1 avqust. REPORT.AZ/ PKK terror təşkilatının üzvləri Türkiyənin şərqində sərnişin avtobusunu saxlayaraq 70-ə yaxın insanı girov götürüb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Qars-Ərzurum-Iğdır yolunu bomba partladaraq bağlayan terrorçular 1 avtobus və 3 yük maşınını yandırıblar.

İki saata yaxın girov qalan sərnişinləri daha sonra azad edən terrorçular hadisə yerindən qaçıblar.

PKK üzvlərinin axtarışı hərbçilər tərəfindən davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi