Yuxarı

PKK terrorçularının Diyarbəkirdə təşkil etdiyi hücum zamanı 3 türk əsgəri yaralanıb

Terrorçuların zərərsizləşdirilməsi məqsədilə əməliyyat başlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətinin Liçe rayonunda hərbçilərə hücum edib.

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, türk əsgərləri silahlılara dərhal cavab atəşi açıb. Silahlı toqquşma zamanı 3 türk əsgəri yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Yaralı əsgərlər bölgəyə göndərilmiş helikopterlərlə Diyarbəkir Hərbi Hospitalına aparılıblar. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə hava qüvvələrindən də dəstək verilməklə əməliyyat başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi