PKK terrorçuları Türkiyənin iki vilayətində təhlükəsizlik qüvvələrinə hücum edib

PKK terrorçuları Türkiyənin iki vilayətində təhlükəsizlik qüvvələrinə hücum edib Şırnak və Mardin vilayətlərində terrorçular polis və jandarmeriya əməkdaşlarına hücum ediblər
Region
25 Sentyabr , 2015 04:03
PKK terrorçuları Türkiyənin iki vilayətində təhlükəsizlik qüvvələrinə hücum edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyənin cənub-şərqindəki Şırnak və Mardin vilayətlərində bu gecə polis və jandarmeriya əməkdaşlarına qarşı silahlı hücum təşkil ediblər.

“Report”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnak vilayətinin İdil rayonunda terrorçular polis əməkdaşlarının olduğu zirehli maşına əl qumbarası ataraq atəş açıblar. Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Bir başqa hücum isə Mardin vilayətinin Nusaybin rayonunda qeydə alınıb. Bir qrup PKK üzvünün minaatanlardan da istifadə edərək jandarmeriya idarəsinə hücum etdiyi bildirilir.

Terrorçuların məhv edilməsi üçün rayona əlavə hərbi birləşmə göndərilib.

Son xəbərlər

Orphus sistemi