Yuxarı

​PKK terrorçuları Türkiyədə neft quyusuna hücum edib

Terrorçuların müəyyən edilərək tutması istiqamətində işlər davam edir

Bakı. 5 avqust. REPORT.AZ/ PKK terrorçuları özəl şirkətə məxsus neft quyusuna hücum edib.

"Report" Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə Türkiyənin cənubunda Diyarbəkir vilayətində baş verib.

İşçilər neft quyusu yerləşən ərazini tərk etdikdən sonra, terrorçular generator və işçilərin qaldığı konteynerə atəş açıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları hücumun təfərrüatları və xəsarət alanların olub-olmadığını araşdırmağa başlayıblar.

Terrorçuların müəyyən edilərək tutulması istiqamətində işlər davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi