PKK terrorçuları Türkiyədə inşaatçılara hücum edib, ölənlər var

PKK terrorçuları Türkiyədə inşaatçılara hücum edib, ölənlər var PKK terrorçuları Türkiyədə yol işçilərinə hücum edib.
Region
11 İyun , 2019 00:23
PKK terrorçuları Türkiyədə inşaatçılara hücum edib, ölənlər var

PKK terrorçuları Türkiyədə yol işçilərinə hücum edib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Hakkari vilayətində, Yüksəkova ərazisində baş verib. Belə ki, terrorçular yol inşaat işlərində çalışan işçilərə silahlı hücum ediblər. Hücum zamanı 2 işçi öldürülüb

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə mülki vətəndaşlara silahlı hücumlar təşkil edərək minlərlə insanı öldürüblər. Terrorçular həmçinin bu ölkənin təsərrüfatına da ciddi ziyan vurublar.

Qruplaşma bir sıra ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınıb.  

Son xəbərlər

Orphus sistemi