Yuxarı

PKK terrorçuları hərbi bazaya hücum edib: 2 hərbçi ölüb, 6-sı yaralanıb

Hadisə Türkiyə-İraq sərhədində baş verib

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə-İraq sərhədində PKK terrorçuları hərbi bazaya hücum edib. 

"Report"un məlumatına görə, hadisə Hakkari şəhəri, Şəmdinli rayonu, Təkəli kəndinin ərazisində baş verib.  

Məlumata görə, Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında silahlı insident olub. Nəticədə 2 hərbçi həlak olub, 6-sı yaralanıb. 

Bölgəyə əlavə qüvvələr göndərilib, Türkiyə-İraq sərhədində terrorçuların yerləşdiyi mövqelərə top zərbələri endirilib. Bundan sonra qırıcı təyyarələr terrorçuların yerləşdiyi mövqeləri bombalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi