PKK terrorçuları Ağrı vilayətində polislərə hücum edib

PKK terrorçuları Ağrı vilayətində polislərə hücum edib Terrorçular qumbaraatanlardan da istifadə ediblər
Region
9 Sentyabr , 2015 02:04
PKK terrorçuları Ağrı vilayətində polislərə hücum edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ PKK terrorçuları bir neçə saat əvvəl Türkiyənin Ağrı vilayətinin Taşılçay rayonunda Polis idarəsinə hücum ediblər.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, terroçular minaatanlardan və qumbaraatanlardan da istifadə ediblər. Ancaq polis əməkdaşları terrorçulara dərhal cavab atəşi açıb. Müqavimətlə qarşılaşan PKK üzvləri hadisə bölgəsindən uzaqlaşmalı olublar.

Polis əməkdaşları arasında zərərçəkən olmayıb.

Terrorçuların tutulması üçün bölgədə geniş miqyaslı əməliyyat keçirilir.

Son xəbərlər

Orphus sistemi