Yuxarı
    Bağlamaq

    PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan İrana qaçıb

    Nurəddin Dəmirtaş yaralansa da, ancaq yarası ciddi deyil və hələlik yeri tam müəyyənlədirilməyib

    Bakı. 1 avqust. REPORT.AZ/ PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan İrana qaçıb. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrini bombalamasından sonra qurum daxilində parçalanma baş verib. Nəticədə PKK terrorçularının üzvlərinin 1/3-nin Qəndil dağlarını tərk etməsinə səbəb olub. Belə ki, terrorçuların bir hissəsi Qəndildə qalsa da, aralarında Murad Karayılanın olduğu digər hissə İran torpaqlarına, qalanları isə "İŞİD"ə qarşı zəifliyindən dolayı Kobaniyə (Eyn əl-Ərəb) deyil, etibarlı saydıqları Suriyanın Cizrə bölgəsinə keçib. 

    Bundan başqa, təşkilata hərbi təhsil verən Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın qardaşı Nurəddin Dəmirtaşın hərbi əməliyyat zamanı yaralandığı, ancaq yarasının ciddi olmadığı, hazırda bölgədə olduğu və yerinin tam müəyyənlədirilmədiyi qeyd edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi