Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: “PKK-nın İrandan da silahla təmin olunduğu müəyyən edilib”

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: “PKK-nın İrandan da silahla təmin olunduğu müəyyən edilib” “Son 6 ayda 837 terrorçu məhv edilib”
Region
13 İyun , 2017 14:30
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: “PKK-nın İrandan da silahla təmin olunduğu müəyyən edilib”

Bakı. 13 iyun. REPORT.AZ/ “Terrorçu PKK qruplaşması Suriya və İraqdan başqa, İrandan da silahla təmin edilir”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının son 6 ayda PKK qruplaşmasına qarşı keçirilən əməliyyatla bağlı hesabatında bildirib.

Bu il yanvarın 1-dən iyunun 12-dək keçirilən antiterror əməliyyatı nəticəsində Türkiyədə 431 terrorçu məhv edilib, 16-sı yaralanıb, 82-si sağ tutulub. Hesabata görə, ölkə xaricində 406 terrorçu məhv edilib, 46-sı yaralı halda tutulub.

Xəbərdə PKK-nın xaricdən silah-sursatla təmin olunması haqqında arayış da təqdim edilib: “Bu istiqamətdə Türkiyənin Van əyalətinin Gürpinar rayonunda terrorçu qruplaşmaya aid çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. PKK-nın Suriya və İraqdan sonra İrandan da silahla təmin olunduğu müəyyən edilib”.

Son xəbərlər

Orphus sistemi