PKK Kərkükdəki terrorçularının sayını artırıb

PKK Kərkükdəki terrorçularının sayını artırıb İraq hökuməti onlara maaş belə ödəyir
Region
30 Noyabr , 2016 11:00
PKK Kərkükdəki terrorçularının sayını artırıb

Bakı. 30 noyabr. REPORT.AZ/ İranyönlü “Haşdi Şəbi” və terrorçu PKK qruplaşmaları İraqın Kərkük şəhərindəki silahlılarının sayını artırıb.

“Report” "Haber 7"yə istinadən xəbər verir ki, İŞİD-in Kərkükə hücumlarından sonra İraq hökuməti şəhərdəki “Haşdi-Şəbi” silahlılarının sayını çoxladıb, terrorçu PKK silahlılarının sayı da artıb.

İnformasiyaya görə, PKK silahlıları İŞİD-ə qarşı mübarizə aparmaq üçün bölgəyə gəlsə də, Kərkükdə qərargah quraraq, şəhərdən çıxmayıblar.

Rəsmi Bağdad bu günədək terrorçu PKK ilə qeyri-rəsmi əlaqə qurub. İraq hökuməti Kərkükdəki terrorçu PKK üzvlərinə maaş belə ödəyir. Məlumata görə, rəsmi Bağdadın “Haşdi Şəbi”yə verdiyi silahların müəyyən hissəsinin PKK-ya ötürüləcəyi ehtimal edilir. PKK-ya nömrəli deyil, xaricdən gətirilən nömrəsiz silahlar veriləcək.

Son xəbərlər

Orphus sistemi