Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Şırnak bölgəsində içməli su şəbəkəsi mərkəzində törədilən partlayış nəticəsində 5 nəfər yüngül yaralanıb.
“Report” xəbər verir ki, bu məlumatı "Milliyet" yayıb.
İnformasiyaya əsasən, partlayış terrorçu PKK qruplaşmasının üzvlərinin mərkəzə atdıqları əldəqayırma partlayıcı nəticəsində baş verib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.