Yuxarı

​Pilot Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesinə başlanılıb

Lakin bu, 2 aya qədər vaxt apara bilər

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyada həbs olunan təyyarəçi Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesi başlayıb, lakin o, 1 aydan 2 ayadək vaxt apara bilər.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müttəhimin vəkili Mark Feyqin məlumat verib.

"Mən Savçenkonun cəzasını Ukraynada çəkmək üçün təhvil verilməyə razı olmasına dair ərizəsini almışam. Prosedura görə ona bu prosesin işə salınması üçün doldurmalı olduğu sənədlər verilməli idi. Güman edirəm ki, bəli, prosedur başlayıb, lakin başa düşmək lazımdır ki, o, tez bir zamanda olmayacaq və bir aydan iki ayadək vaxt apara bilər", — deyə Feyqin qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi