Yuxarı

Kiyev dairə məhkəməsi Ukraynanın fəaliyyətdə olan Prezidentinə qarşı iddia qaldırıb

Petro Poroşenko məhkəməyə verilib

Kiyev dairə məhkəməsi Ukraynanın fəaliyyətdə olan Prezidenti Petro Poroşenkoya qarşı iddia qaldırıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı məhkəmənin mətbuat xidməti yayıb.

Bildirilib ki, məhkəmə dövlət başçısını hakim təyinatında fəaliyyətsizlikdə ittiham edərək, buna görə maddi ziyanın ödənilməsi iddiasını irəli sürüb. Bu məsələ Ukrayna Ali Məhkəməsinin İnzibati Kassasiya məhkəməsində dinləniləcək.

Qeyd edək ki, aprelin 21-də Ukrayna prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,23 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi