Petro Poroşenko gələn həftə Gürcüstana səfər edəcək

Petro Poroşenko gələn həftə Gürcüstana səfər edəcək Səfər zamanı bir sıra ikitərəfli sazişlər imzalanacaq
Region
14 İyul , 2017 11:15
Petro Poroşenko gələn həftə Gürcüstana səfər edəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Ukrayna prezidenti Petro Poroşenko iyunun 17-19-da Gürcüstana səfər etmək niyyətindədir, səfər zamanı bir sıra ikitərəfli sazişlər imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə Poroşenko administrasiyasının rəhbər müavini Konstantin Yeliseyev Ukraynanın "Kanal 5" telekanalına müsahibəsində bildirib.

K.Yeliseyevin sözlərinə görə, son vaxtlar Ukrayna Gürcüstanla əlaqələrini əhəmiyyətli dərəcədə aktivləşdirib və bunda yeni təyin olunmuş ukraynalı səfirin də rolu var.

"Gürcüstanla strateji tərəfdaşlığın daha da gücləndirilməsini gözləyirik. Əlbəttə, bır sıra vacib ikitərəfli sazişlər, eləcə də əməkdaşlığımızın iqtisadi investisiya potensialını açmağa imkan verəcək sənədlər imzalanacaq", - administrasiyanın rəhbər müavini deyib.

Son xəbərlər

Orphus sistemi