​Peterburqda Avrasiya Qadınlar Forumu öz işinə başlayır

​Peterburqda Avrasiya Qadınlar Forumu öz işinə başlayır Burada siyasət və iqtisadiyyatda qadınların rolu müzakirə olunacaq
Region
24 Sentyabr , 2015 07:33
​Peterburqda Avrasiya Qadınlar Forumu öz işinə başlayır

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya Qadınlar Forumu öz işinə başlayır.

"Report" xəbər verir ki, forumda mütəxəssislər siyasət və iqtisadiyyatda qadınların rolunu müzakirə edəcəklər.

Tədbirdə 85 ölkədən parlamentarilər, icra hakimiyyəti orqanları, işgüzar dairələr, ictimai təşkilat nümayəndələri, elm işçiləri və beynəlxalq qadın hərəkatlarının nüfuzlu xadimləri iştirak edəcəklər.

Forumda Azərbaycanı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi