​Peskov: Putin və Sarkisyan telefon söhbəti zamanı İrəvandakı böhranı müzakirə etməyib

​Peskov: Putin və Sarkisyan telefon söhbəti zamanı İrəvandakı böhranı müzakirə etməyib "Elektrik enerjisi tarifləri, Ermənistandaxili məsələdir"
Region
30 İyun , 2015 21:35
​Peskov: Putin və Sarkisyan telefon söhbəti zamanı İrəvandakı böhranı müzakirə etməyib

Bakı. 30 İyun. REPORT.AZ/ Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan telefon söhbəti zamanı Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasından yaranan böhranlı vəziyyəti müzakirə etməyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Elektrik enerjisi tarifləri, bu, belə deyək də, Ermənistandaxili məsələdir və şübhəsiz ki, Rusiya Federasiyası ilə müzakirə oluna bilməz", — deyə Dmitri Peskov qeyd edib.

Bundan əvvəl Rusiya prezidentinin erməni həmkarını ad günü münasibəti ilə təbrik və Rusiya-Ermənistan əməkdaşlığı məsələlərini müzakirə etməsi barədə məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi