Peskov: Putin Trampla görüşməyə hazırdır

Peskov: Putin Trampla görüşməyə hazırdır Bakı. 30 noyabr. REPORT.AZ/ Rəsmi Moskva ABŞ administrasiyasının Rusiya və Amerika prezidentlərinin planlaşdırılan görüşünü ləğv etməsi barədə qərar qəbul etməsindən təəssüflənir.
Region
30 Noyabr , 2018 08:45
Peskov: Putin Trampla görüşməyə hazırdır

Bakı. 30 noyabr. REPORT.AZ/ Rəsmi Moskva ABŞ administrasiyasının Rusiya və Amerika prezidentlərinin planlaşdırılan görüşünü ləğv etməsi barədə qərar qəbul etməsindən təəssüflənir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"ABŞ administrasiyasının iki ölkə prezidentinin Buenos-Ayresdə planlaşdırılan görüşünü ləğv etmək barədə qərarına təəssüflənirik. Bu, beynəlxalq və ikitərəfli gündəlikdə olan ciddi məsələlərin müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınması deməkdir. Rusiya prezidenti Vladimir Putinə gəldikdə isə, o, amerikalı həmkarı ilə əlaqə qurmağa hazırdır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi