​Peskov: "Prezidentlərin görüşündən sonra ABŞ-Rusiya münasibətlərində dönüş yoxdur"

​Peskov: "Prezidentlərin görüşündən sonra ABŞ-Rusiya münasibətlərində dönüş yoxdur" "20 dəqiqəlik görüşün ikitərəfli münasibətlərdə dönüş yaradacağını gözləmək reallıqdan uzaqdır"
Region
16 Noyabr , 2015 17:19
​Peskov: Prezidentlərin görüşündən sonra ABŞ-Rusiya münasibətlərində dönüş yoxdur

Bakı. 16 noyabr. REPORT.AZ/ "ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasındakı görüşdən sonra iki ölkənin münasibətlərində dönüş yoxdur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"20 dəqiqəlik görüşün ikitərəfli münasibətlərdə dönüş yaradacağını gözləmək reallıqdan uzaqdır. Ancaq doğrudan da danışıq çox konstruktiv xarakterli olub", - D.Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən "Böyük-20"liyin ("G-20") zirvə toplantısı çərçivəsində Barak Obama ilə Vladimir Putin arasında görüş keçirilib. 

Son xəbərlər

Orphus sistemi